İstifadə Qaydaları

İstifadə Qaydaları

Bu istifadə qaydaları (bundan sonra “İstifadə Qaydaları”) elektron pulqabı “azwallet.az” veb saytının (bundan sonra “Platforma”) istifadəsinə dair əsas qaydaları əhatə edir. Burada nəzərdə tutulan bütün şərtlər və tələblər Platforma ilə İstifadəçi arasında bağlanılan müqavilə əsasında İstifadəçilərin Platformadan düzgün və təhlükəsiz şəkildə istifadə etməsini təmin edir. Platformanın istifadəçisi olmaq üçün bu qaydaları qəbul etmək və təsdiqləmək zəruridir.

Platfotmaya giriş etməklə bu İstifadə Qaydaları ilə tam həcmdə tanış olduğunuzu təsdiq edirsiniz.

ƏSAS ANLAYIŞLAR:

Bu İstifadə Qaydalarında aşağıdakı anlayışlardan istifadə olunur:

İstifadəçi – Platforma vasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən fiziki şəxs;

Elektron Pulqabı – İstifadəçinin hesabında vəsaitlərin toplanması üçün nəzərdə tutulan, İstifadəçi tərəfindən bu İstifadə Qaydalarında nəzərdə tutulan qaydada İstifadəçinin hesabına köçürülən vəsaitləri İstifadəçinin hesabında saxlayan virtual hesab;

Autentifikasiya – İstifadəçinin kimliyini və ya ödəniş alətinin, həmçinin İstifadəçinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin doğruluğunu təsdiqləməyə imkan verən proses;

Fərdiləşdirilmiş Təhlükəsizlik Məlumatları – Autentifikasiya məqsədilə Platforma tərəfindən İstifadəçiyə təqdim olunan xüsusi fərdi məlumatlar;

Bloklanma – Azərbaycan Respublikasının qanunvericiliyi və ya Platformanın daxili qaydalarında nəzərdə tutulan hallarda İstifadəçinin hesabına girişin məhdudlaşdırılması və ya ödəniş əməliyyatlarının həyata keçirilməsinin tam və ya qismən dayandırılması;

Məxfilik Siyasəti – Elektron pulqabı platforması, istifadəçi məlumatlarının məxfiliyini qorumaq üçün müvafiq siyasət və prosedurlara malik olmalıdır;

Platformanın dəstək xidməti – İstifadəçilərin Elektron Pulqabı ilə bağlı suallarını və problemlərini həll etmək üçün Platformanın aiddiyatı bölməsi.

QEYDİYYAT PROSESİ

Elektron Pulqabından istifadə etməyə başlamaq üçün İstifadəçi əvvəlcə qeydiyyat prosesini tamamlamalıdır. Qeydiyyat üçün İstifadəçi Platformaya daxil olmalıdır. Daxil olduqdan sonra, “İstifadə etməyə başlayın” seçimini etməli və lazım olan məlumatları doldurmalıdır. Bu məlumatlar arasında İstifadəçinin adı, soyadı, telefon nömrəsi və elektron poçt ünvanı yer alır.

İstifadəçi tərəfindən daxil edilən telefon nömrəsi və elektron poçt ünvanı hesabın aktivləşdirilməsi, təhlükəsizlik və şifrə bərpası üçün istifadə ediləcək. Qeydiyyat zamanı İstifadəçi güclü şifrə yaratmalıdır. Şifrə, ən azı 8 simvoldan ibarət olmalı, həmçinin böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollar daxil edilməlidir. Bu, İstifadəçinin hesabının təhlükəsizliyini artırmaq məqsədini daşıyır.

Qeydiyyat prosesi zamanı İstifadəçi 2 (iki) faktorlu Autentifikasiyanı da aktivləşdirməlidir. Bunun üçün, İstifadəçi telefonuna göndərilən müvəqqəti kodu daxil etməklə, hesabına əlavə təhlükəsizlik qatmalıdır. Bu mərhələdə, İstifadəçi şəxsiyyətinin təsdiqi üçün əlavə sənədlər, məsələn, şəxsiyyət vəsiqəsi və ya pasportun surətini təqdim etməsi tələb oluna bilər.

Qeydiyyatın tamamlanması üçün İstifadəçi, təqdim etdiyi elektron poçta və ya telefon nömrəsinə göndərilən təsdiq kodunu daxil etməlidir. Bu təsdiqləmə İstifadəçinin qeydiyyatını rəsmiləşdirmək məqsədini daşıyır. Bəzi hallarda, İstifadəçi elektron poçtuna göndərilən təsdiq linkinə klik etməklə qeydiyyatını tamamlamalıdır.

Bütün bu addımların tamamlanmasından sonra İstifadəçi Elektron Pulqabına daxil ola bilər və Platformanın bütün imkanlarından faydalana bilər. Bu qeydiyyat prosesi İstifadəçinin məlumatlarının təhlükəsizliyini təmin edir və hesabın yalnız İstifadəçinin özünə aid olduğunu təsdiq edir.

AUTENTİFİKASİYA

Platforma öz mülahizəsinə uyğun olaraq Elektron Pulqabının açılması üçün əvvəlcədən və ya Elektron Pulqabı açıldıqdan sonra istənilən vaxt İstifadəçini Autentifikasiya edə bilər. Autentifikasiya tələblərinin, hərəkətlərinin və metodologiyasının seçilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müstəsna olaraq Platformanın səlahiyyətindədir.

Autentifikasiya tədbirləri Elektron Pulqabında saxlanılan vəsaitlərin məbləği və/və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləği və sayı nəzərə alınmaqla da həyata keçirilə bilər. Bu bəndin birinci cümləsi Platformanın istənilən vaxt və istənilən səbəbdən Autentifikasiya tədbirlərini tətbiq etməsi hüququnu məhdudlaşdırmır. Platforma tətbiq edilən Autentifikasiya tədbirləri barədə məlumatları Platformada dərc etməklə, e-poçt, SMS bildiriş vasitəsilə və ya digər qaydada İstifadəçiyə bildirir.

Platforma İstifadəçini məsafədən autentifikasiya etmək üçün ona Fərdiləşdirilmiş Təhlükəsizlik Məlumatları təqdim edir. İstifadəçi həmin məlumatları təhlükəsiz saxlamalıdır.

ELEKTRON PULQABININ AÇILMASI VƏ AKTİVLƏŞDİRİLMƏSİ

Elektron Pulqabının aktivləşdirilməsi prosesi, İstifadəçinin Elektron Pulqabından istifadə etməyə başlaması üçün vacib bir mərhələdir. Qeydiyyat mərhələsini tamamladıqdan sonra, İstifadəçi Elektron Pulqabını aktivləşdirmək üçün bir sıra addımları izləməlidir.

İlk olaraq, İstifadəçi qeydiyyat zamanı verdiyi elektron poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilən təsdiq kodunu almalıdır. Bu kod, İstifadəçinin qeydiyyatını təsdiqləmək və Elektron Pulqabını aktivləşdirmək üçün lazımdır. Təsdiq kodu, İstifadəçinin şəxsi məlumatlarının təhlükəsizliyini qorumaq məqsədini daşıyır.

İstifadəçi, aldığı təsdiq kodunu müvafiq sahəyə daxil etməlidir. Bu addım, Elektron Pulqabının İstifadəçiyə aid olduğunu sübut edir. Təsdiq kodunun düzgün daxil edilməsi, Elektron Pulqabının aktivləşdirilməsi üçün vacibdir. Bəzi hallarda, İstifadəçiyə əlavə sənədlər, məsələn, şəxsiyyət vəsiqəsi kimi sənədləri təqdim etmək lazım ola bilər. Bu, İstifadəçinin şəxsiyyətini daha dəqiq təsdiqləmək məqsədini daşıyır.

Təsdiq kodu uğurla daxil edildikdə, İstifadəçi Elektron Pulqabının aktiv olduğunu bildirən bir bildiriş alır. Elektron Pulqabı aktivləşdikdən sonra, İstifadəçi Elektron Pulqabı vasitəsilə vəsait köçürmələri, ödəmələr və digər maliyyə əməliyyatlarını həyata keçirə bilir.

Elektron Pulqabının aktivləşdirilməsi prosesi, İstifadəçinin məlumatlarının təhlükəsizliyini təmin etmək və yalnız İstifadəçinin özünə aid olan hesabın istifadəsini təsdiqləmək məqsədini daşıyır. Bu addımların tamamlanması, İstifadəçinin Elektron Pulqabının tam imkanlarından faydalanmasına şərait yaradır.

ELEKTRON PULQABININ TƏHLÜKƏSİZLİYİ

İstifadəçi Elektron Pulqabının təhlükəsizliyini təmin etmək üçün aşağıdakı tədbirləri görməlidir:

Şifrəsini üçüncü tərəflərlə paylaşmamalı, hər hansı bir şifrə pozuntusu baş verdikdə dərhal Platformanın dəstək xidmətinə məlumat verməli;

Hesabın təhlükəsizliyini artırmaq üçün İstifadəçi 2 (iki) faktorlu Autentifikasiya funksiyasını aktiv etməlidir;

Elektron Pulqabından istifadə etmədikdə Elektron Pulqabını bağlamağı unutmamalıdır.

ELEKTRON PULQABINA VƏSAİTİN KÖÇÜRÜLMƏSİ

İstifadəçi Elektron Pulqabına vəsaitin mədaxil edilməsi Platformada nəzərdə tutulan bütün ödəniş sistemləri, həmçinin Azərbaycan Respublikası daxilində ödəniş terminalları vasitəsi ilə həyata keçirilə bilər.

İstifadəçi əməliyyatı təsdiq etdikdən sonra mədaxil edilmiş vəsait dərhal Elektron Pulqabına əlavə edilir. Həmçinin, İstifadəçiyə mədaxil əməliyyatının uğurla həyata keçirildiyinə dair təsdiq mesajı göndərilir.

Mədaxil əməliyyatı uğursuz olarsa İstifadəçi Platformanın dəstək xidməti ilə əlaqə saxlamalıdır.

ÖDƏNİŞLƏRİN İCRASI VƏ KÖÇÜRMƏLƏR

Hər ödəniş əməliyyatına uyğun olaraq ödənişin icra edilməsi üçün İstifadəçidən zəruri məlumatlar tələb edilir. Ödəniş əməliyyatının icrasından əvvəl Platforma tərəfindən İstifadəçiyə təqdim olunan zəruri məlumatların siyahısı və təqdim edilmə müddəti Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Platforma tərəfindən birtərəfli qaydada müəyyən edilir. İstifadəçi tələb olunan bütün məlumatları düzgün təqdim etməlidir. Yanlış məlumat təqdim edilməsi, ödənişin gecikməsinə və ya uğursuz olmasına səbəb ola bilər. İstifadəçi ödəyəcəyi məbləği və müvafiq məlumatları daxil etməlidir.

İstifadəçi, ödənişi təsdiq etdikdən sonra, ödənişin uğurla həyata keçirilməsi ilə bağlı məlumat alır. Hər bir ödəniş əməliyyatı üçün İstifadəçiyə təsdiq mesajı göndəriləcək. Ödəniş əməliyyatının uğurlu olub olmadığını təsdiq edən bildirişlər, İstifadəçinin elektron poçtuna və ya SMS bildiriş vasitəsilə göndərilir.

İstifadəçi Elektron Pulqabı vasitəsilə digər İstifadəçilərə pul köçürmələri də edə bilər. Köçürmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

İstifadəçi köçürmək istədiyi məbləği və qarşı tərəfin məlumatlarını (telefon nömrəsi və ya e-poçt ünvanı) daxil etməlidir. Bu məlumatların dəqiqliyini yoxlamaq vacibdir, çünki yanlış məlumat təqdim edilməsi köçürmənin baş verməməsinə səbəb ola bilər;

İstifadəçi köçürmə əməliyyatını təsdiq etdikdən sonra müvafiq məbləğ onun Elektron Pulqabından çıxılır və qarşı tərəfin hesabına köçürülür. Həmçinin, İstifadəçiyə köçürmə əməliyyatının uğurla tamamlandığına dair bildiriş göndərilir.

İstifadəçi bəyan edir və zəmanət verir ki, Platformadan istifadə etməklə digər şəxslərə pul köçürən zaman çirkli pulların yuyulmasında və terrorçuluğun maliyyələşdirilməsində iştirak etməyəcək. Buna aşağıdakılar daxildir:

Birbaşa şəxsən iştirakçılıq (təkbaşına və ya digər şəxslərlə birlikdə);

Digər şəxslər tərəfindən əməlin törədilməsinin təşkil edilməsi;

Əməlin törədilməsinə digər şəxslərin təhrik edilməsi;

Əməlin törədilməsində digər şəxslərə dəstəyin göstərilməsi.

Platforma bəyan edir ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi əməllərini şiddətli şəkildə qınayır və heç bir halda həmin əməllərin törədilməsində iştirak etməyəcək.

İSTİFADƏÇİNİN MƏLUMATLARININ QORUNMASI

Platforma İstifadəçinin fərdi məlumatlarını Azərbaycan Respublikasının qanunvericiliyinə və Platformanın Məxfilik Siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlamır. İstifadəçinin məlumatları yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq və İstifadəçinin yazılı razılığı ilə üçüncü şəxslərlə açıqlana bilər.

Şəxsi məlumatlar yalnız İstifadəçi tərəfindən göstərilən və icazə verilən məqsədlərlə toplanır.

Platfotma bəyan və təsdiq edir ki, İstifadəçilərin məlumatları yalnız lazım olduğu müddətdə saxlanılır və məlumatların mühafizəsi üçün güclü təhlükəsizlik tədbirləri tətbiq edilir, bu da məlumatların itirilməsi və ya oğurlanmasının qarşısını alır.

İstifadəçinin məlumatları yalnız İstifadəçi ilə əlaqəli xidmətlərin təqdim edilməsi, ödəniş əməliyyatlarının həyata keçirilməsi və İstifadəçi ilə ünsiyyət üçün istifadə olunur. Məlumatların hər hansı digər məqsədlər üçün istifadəsi yalnız İstifadəçinin yazılı razılığı ilə edilə bilər.

Məlumatların qorunması üçün müasir şifrləmə texnologiyaları və təhlükəsizlik proqramları istifadə edilir. Bu, məlumatların üçüncü şəxslərdən qorunmasına kömək edir.

İstifadəçilərin şəxsi məlumatları dəqiq və aktual saxlanılmalıdır. İstifadəçilər məlumatlarında baş verən dəyişikliklər barədə Platformaya məlumat verməlidirlər.

İstifadəçilər öz məlumatlarına çıxış hüququna, məlumatların silinməsi və ya düzəldilməsi üçün müraciət etmək hüququna malikdir. Bu hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.

QEYRİ-QANUNİ FƏALİYYƏTLƏ MÜBARİZƏ

Tərəflər bəyan edirlər ki, onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya qarşı mübarizə aparırlar.

İstifadəçi Platforma üzərindən apardığı bütün ödəniş əməliyyatlarında istifadə etdiyi vəsaitlərinin mənbəyinin qanuni olmasına görə tam məsuliyyət daşıyır və mənbəyinə dair əsaslı şübhələr olan vəsaitlərinin İstifadəçinin Elektron Pulqabına daxil olduğu halda, o cümlədən, ödəniş əməliyyatının özü terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayət əməlləri nəticəsində əldə olunmuş vəsaitlərin leqallaşdırılması məqsədilə aparıldıqda və İstifadəçi bunu bildikdə və ya bilməli olduqda və ya İstifadəçinin aparılan ödəniş əməliyyatının məqsədinə dair əsaslı şübhələri olduqda dərhal Platformanı və hüquq mühafizə orqanlarını məlumatlandırmağı öhdəsinə götürür.

İstifadəçi bəyan edir ki, o, Platformadan istifadə ilə əlaqədar və ya Platforma üzərindən Azərbaycan Respublikasında və ya digər ölkələrdə vergi və digər məcburi ödənişləri ödəməkdən yayınmayıb və bundan sonra da yayınmayacaq. İstifadəçi Platforma üzərindən apardığı əməliyyatlar ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəməli olduğu bütün vergilərin ödənilməsi, vergidən yayınma və digər məcburi ödənişlərin həyata keçirilməməsi üçün tam məsuliyyət daşıyır. Platforma istənilən vaxt İstifadəçinin həyata keçirdiyi ödəniş əməliyyatları ilə bağlı ondan əlavə sənədlər tələb edə bilər.

ELEKTRON PULQABININ LƏĞV EDİLMƏSİ VƏ YA BLOKLANMASI

Platforma tərəfindən İstifadəçinin Elektron Pulqabının ləğv edilməsi və ya Bloklanması Azərbaycan Respublikasının qanunvericiliyi, Məxfilik Siyasəti və digər tələblərə uyğun olaraq aparıla bilər.

Hesabın ləğv edilməsi, İstifadəçinin Elektron Pulqabını tamamilə bağlamaq məqsədini daşıyır. Bu İstifadəçi tərəfindən edilə bilər, məsələn, Elektron Pulqabından istifadə etməyi dayandırmaq istədikdə. İstifadəçi Elektron Pulqabının ləğvi üçün müvafiq prosedurları izləməli və ləğv etmə səbəblərini açıqlamalıdır. Elektron Pulqabının ləğvi İstifadəçinin bütün məlumatlarının silinməsi ilə nəticələnir.

Elektron Pulqabının ləğv edilməsi və ya Bloklanması, Platforma tərəfindən müəyyən səbəblərə əsasən həyata keçirilir. Bu səbəblərə aşağıdakılar daxil ola bilər:

İstifadəçinin Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən maliyyə və vergi qanunvericiliyinə zidd hərəkətləri, o cümlədən mülkiyyət hüquqlarının pozulması və ya qanunsuz fəaliyyəti nəticəsində;

İstifadəçinin Elektron Pulqabı təhlükəsizliyə risk yaradırsa, məsələn, şübhəli əməliyyatlar və ya Autentifikasiya məlumatlarının pozulması halında;

İstifadəçinin Platformanın Məxfilik Siyasətinə riayət etməməsi, o cümlədən icazəsiz məlumatların paylaşılması və ya başqalarının məlumatlarına girişi;

Elektron Pulqabının terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətkar fəaliyyətlərdə iştirak etdiyinə dair sübutların olması;

Elektron Pulqabının 1 (bir) il müddətində qeyri-aktiv olması və ya İstifadəçinin Elektron Pulqabına daxil olma tələbini yerinə yetirməməsi;

İstifadəçinin Platformanın tələblərinə uyğun gəlməməsi;

İstifadəçinin təşəbbüsü ilə.

Bu siyahı məhdudlaşdırıcı xarakter daşımır və əlavə müddəalarla tamamlana bilər. Eyni zamanda, bu siyahı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda, habelə məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi ilə genişləndirilə bilər.

Elektron Pulqabının Bloklanması halında, Platforma İstifadəçini Bloklama səbəbləri barədə məlumatlandırmağa çalışacaq. Bloklanma müddəti Platforma tərəfindən öz mülahizəsinə əsasən müəyyən edilir. İstifadəçi Bloklanma səbəblərini anlamaq və məsələləri həll etmək üçün Platformaya müraciət edə bilər.

Hər bir halda, Bloklanma müddəti Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq, Platformanın daxili qaydalarına əsasən müəyyən edilir, bir şərtlə ki, bu daxili qaydalar qabaqcadan İstifadəçiyə təqdim edilsin.

MƏSULİYYƏT

Tərəflər bu İstifadə Qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İstifadəçinin Məsuliyyəti:

İstifadəçi, Platforma üzərindən apardığı bütün əməliyyatların qanuniliyi üçün tam məsuliyyət daşıyır. O, istifadə etdiyi pul vəsaitlərinin mənbəyinin qanuni olduğuna zəmanət verir;

İstifadəçi, Platformanın qaydalarına, siyasətlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməyi öhdəsinə götürür. Hər hansı bir pozuntu halında, müvafiq məsuliyyət daşıyır;

Platformanın Məsuliyyəti:

Platforma İstifadəçilərinin məlumatlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq texniki və təşkilati tədbirləri həyata keçirməlidir. Məlumatların sızması, bunun nəticəsində İstifadəçinin zərər görməsi və ya İstifadəçinin məlumatlarının icazəsiz istifadəsi hallarında məsuliyyət daşıyır;

Platforma İstifadəçinin hüquqlarına riayət etməli və onlara ədalətli və şəffaf xidmət təqdim etməlidir. İstifadəçilərin əməliyyatlarının düzgünlüyünü təmin etmək üçün müvafiq nəzarət sistemləri tətbiq etməlidir;

Platforma İstifadəçinin həyata keçirdiyi əməliyyatlarla bağlı əlavə sənədlər tələb etmə hüququna malikdir, lakin bu tələbləri ədalətli və qanuni şəkildə həyata keçirməlidir.

Zərərin Ödənilməsi:

Tərəflər, digər tərəfə ziyan vurduqda, ona dəymiş faktiki zərərin ödənilməsinə dair məsuliyyət daşıyır.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Bu İstifadə Qaydalarına, İstifadəçi ilə Platforma arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.

İstifadəçi və Platforma arasında yaranan mübahisələrə dair məhkəməyə müraciət etməzdən əvvəl Tərəflər mübahisənin qarşılıqlı danışıq əsasında həll etməyə çalışacaqdır.

Tərəflər arasında razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, müvafiq məhkəmədə həll ediləcəkdir.

ƏLAVƏ ŞƏRTLƏR

Platforma İstifadəçinin icazəsi olmadan bu İstifadə Qaydalarında dəyişikliklər edə bilər. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Platformadan istifadəni dayandıra bilər. Əgər İstifadəçi Platformadan istifadə etməyə davam edirsə, o bütün dəyişikliklərlə razılaşır və İstifadə Qaydaların yeni redaksiyasını bütövlükdə qəbul edir.

Ayrı qayda nəzərdə tutulmadığı halda, yeni İstifadə Qaydaları Platformada dərc olunduqdan sonra qüvvəyə minir.

Bu İstifadə Qaydaları ilə bağlı istənilən sual və təkliflər, eləcə də İstifadəçilərin Elektron Pulqabı ilə bağlı suallarını və problemlərini həll etmək üçün Platformanın dəstək xidmətinə müraciət edə bilərlər.

Qüvvədə olan İstifadə Qaydaları Platformada dərc olunmuşdur.

Hər hansı bir sualınız var?
Bir sorğu göndərin, sizinlə əlaqə saxlayaq

Tercih olunan əlaqə üsulu:
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.