Məxfilik Siyasəti

Bu məxfilik siyasəti (bundan sonra “Məxfilik Siyasəti”) elektron pulqabı “azwallet.az” veb saytından (bundan sonra “Platforma”) istifadə edilən zaman İstifadəçilər haqqında əldə olunan şəxsi məlumatlara aid olunur.

Platfotmaya giriş etməklə bu Məxfilik Siyasəti ilə tam həcmdə tanış olduğunuzu təsdiq edirsiniz.

ƏSAS ANLAYIŞLAR:

Bu Məxfilik Siyasətində aşağıdakı anlayışlardan istifadə olunur:

İstifadəçi – Platforma vasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən fiziki şəxs;

Elektron Pulqabı – İstifadəçinin hesabında vəsaitlərin toplanması üçün nəzərdə tutulan, İstifadəçi tərəfindən Platformanın İstifadə Qaydalarında nəzərdə tutulan qaydada İstifadəçinin hesabına köçürülən vəsaitləri İstifadəçinin hesabında saxlayan virtual hesab;

Platformanın administratorları – Platforma adından fəaliyyət göstərən, şəxsi məlumatların əldə olunmasını təşkil edən və ya həyata keçirən, şəxsi məlumatların işlənməsinin məqsədini, işlənməli şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla həyata keçirilən hərəkətləri (əməliyyatları) təyin edən Platformanın idarə edilməsi üzrə səlahiyyətli heyət;

Şəxsi məlumatlar – Fiziki şəxsə aid hər hansı bir məlumat nəzərdə tutulur. Bura şəxsin adı, ünvan(lar)ı, telefon nömrə(lər)i, e-poçt ünvan(lar)ı, həmin şəxsə aid hər hansı digər məlumat və ya məlumatlar toplusu aiddir. Bu məlumatlar bir yerdə şəxsin təyin oluna bilməsinə imkan verir;

Şəxsi məlumatların işlənməsi – Avtomatlaşdırma və ya belə vasitələrdən istifadə etmədən şəxsi məlumatlar üzərində aparılan istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) toplusu, həmçinin şəxsi məlumatların toplanması, yazılışı, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənmə, dəyişdirilmə), əldə olunması, istifadəsi, ötürülməsi (yayılması, təqdim olunması, tapılması), bloklaşdırılması, silinməsi, ləğv edilməsi;

Şəxsi məlumatların qanunsuz yayılması – Platforma tərəfindən Şəxsi məlumatların bu Məxfilik Siyasətində göstərilən məqsədlərdən kənar və İstifadəçinin razılığı olmadan yayılması, ötürülməsi, təqdim olunması;

“İP” ünvan – kompüter şəbəkəsində “İP” protokolu ilə qurulmuş unikal şəbəkə ünvanı qovşağı;

Fişinq – şəxsi məlumatları, şifrələri və ya maliyyə məlumatlarını oğurlamaq üçün aldatma yolu ilə İstifadəçini saxta veb saytlar və ya e-poçtlara yönəltməklə həyata keçirilən kiberdələduzluq üsuludur.

ÜMUMİ MÜDDƏALAR

Bu Məxfilik Siyasəti İstifadəçi Platformaya daxil olduqda, Platformada qeydiyyatdan keçdikdə və ya ödəniş əməliyyatlarını həyata keçirmək üçün təqdim etdiyi şəxsi məlumatların Platforma tərəfindən qanunsuz yayılmaması və məxfi saxlanılması tələbini təmin edir.

İstifadəçinin Platformadan istifadə etməsi bu Məxfilik Siyasətini və İstifadəçinin şəxsi məlumatlarının işlənmə şərtlərinin qəbul etməsidir.

Məxfilik Siyasəti şərtləri ilə razılaşmasa, İstifadəçi Platformadan istifadəni dayandırmalıdır.

TOPLANAN MƏLUMATLAR

Platformadan istifadə edərkən, sizdən müəyyən şəxsi və maliyyə məlumatları toplaya bilərik:

Şəxsi məlumatlar: Ad, soyad, əlaqə məlumatları (e-poçt, telefon nömrəsi), ünvan;

Maliyyə məlumatları: Bank hesab nömrəsi, kredit kartı məlumatları, əməliyyat tarixçəsi;

Texniki məlumatlar: IP ünvanı, cihaz identifikatorları, brauzer məlumatları, tətbiqin istifadə məlumatları.

İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ İŞLƏNMƏSİNİN MƏQSƏDLƏRİ

Platformanın administratorları İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

Qeydiyyatdan keçmək və ya müqavilə bağlamaq, həmçinin Platformanın digər xidmətlərindən istifadə etmək məqsədilə İstifadəçinin identifikasiyası;

İstifadəçiyə Elektron Pulqabı və əlaqəli resurslara daxil olmasını təmin etmək;

İstifadəçi ilə qarşılıqlı əlaqə qurmaq, müştəri xidməti göstərmək və İstifadəçinin sorğu və tələblərini işləmək;

Xidmətin təhlükəsizliyini təmin etmək və dələduzluğun qarşısını almaq;

İstifadəçi tərəfindən təqdim olunan şəxsi məlumatların düzgünlüyünü və tamlığını təsdiq etmək;

Elektron Pulqabı ilə bağlı maliyyə əməliyyatlarını doğrulamaq və təsdiq etmək;

İstifadəçiyə Elektron Pulqabı ilə bağlı əməliyyatların vəziyyəti barədə məlumat vermək;

Elektron Pulqabı xidmətindən istifadə zamanı yaranan hər hansı maneələrlə bağlı İstifadəçiyə səmərəli müştəri və texniki dəstəyi təmin etmək;

İstifadəçinin razılığı ilə reklam fəaliyyətlərini həyata keçirmək, xidmətlər və təkliflər barədə məlumat vermək;

Platformanın fəaliyyətini yaxşılaşdırmaq məqsədilə statistik və analitik məlumatlar toplamaq;

Elektron Pulqabı və onun xidmətlərinin spektrini genişləndirmək;

Platforma və ya üçüncü tərəflər tərəfindən yeni imkanlar, aksiyalar və digər məlumatları (məsələn, reklam xəbərləri) İstifadəçiyə çatdırmaq;

Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək və hüquqi öhdəlikləri yerinə yetirmək.

ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ

İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və (ya) avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.

İstifadəçi ehtiyac yarandığı hallarda Platforma ilə əməkdaşlıq edən və ya Platforma ilə bağlı olan şəxslərə Platforma tərəfindən məlumatın verilməsinə razılıq verir.

İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.

Şəxsi məlumatların itirildiyi və ya qanunsuz yayıldığı halda Platformanın administratorları İstifadəçini məlumatlandırır.

Platformanın administratorları İstifadəçinin şəxsi məlumatının məxfiliyinin saxlanılması, qeyri-qanuni və ya təsadüfi ələ keçmə, ləğv olunması, dəyişdirilməsi, bloklaşması, surətinin çıxarılması, qanunsuz olaraq yayılması və s. üçüncü şəxslərin qeyri qanuni hərəkətlərin qarşısını almaq üçün lazımi təşkilati və texniki tədbirləri həyata keçirir.

Platforma İstifadəçinin məxfi məlumatlarının Platformanın təqsiri səbəbindən itirilməsi və ya qanunsuz olaraq yayılması ilə bağlı ziyanın ödənilməsini və ya mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir.

KUKİLƏR VƏ BƏNZƏR TEXNOLOGİYALAR

Platforma informasiyanın saxlanılması üçün kukilərdən (“cookies”) və bənzər texnologiyalardan istifadə edə bilər. Bu fayllar Platformanın istifadəsini sürətləndirmək, xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, həmçinin reklam məqsədi ilə istifadə olunur.

Platforma tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin kuki faylların İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə həyata keçirilir. Platformadan istifadəni davam edərək, İstifadəçi kuki fayllarının İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.

Platforma kukilərdən və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda saxlanılan və həmçinin də, daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçinin belə kukilər və bənzər texnologiyaları bloklamaq və silmək imkanı vardır.

Kukilər – Platformadan alınmış məlumatlar olub, İstifadəçinin brauzerində saxlanılır, əgər İstifadəçi təkrar olaraq həmin məlumatlara baş çəkərsə, Platformaya yollanır. Kukilər sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Platformadan istifadəni yüngülləşdirir. Kukilər özündə şəxsi məlumatları saxlamır.

Bənzər texnologiyalar – brauzerdə və ya qurğuda informasiyanı saxlayan, “flashcookies”, “HTML 5 cookies” kimi texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.

Kukilərə və bənzər texnologiyalara icazəsiz girişin qarşısını almaq üçün Platforma bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi də analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür.

Platformada olan texniki xarakterli informasiya, məsələn, İP-ünvanlar, Platforma tərəfindən statistik və analitik məqsədlər üçün istifadə olunur.

İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılaraq verilən xidmətlərin yüksək keyfiyyətli təminatı məqsədi ilə Platforma İstifadəçinin sistemə son giriş məlumatlarını saxlayır.

FİŞİNQ

Fişinq hücumları, proqram təminatının zərərli məqsədlərlə yüklənməsi və ya elektron poçt vasitəsilə göndərilən mesajlara daxil olunması nəticəsində şəxsin fərdi məlumatlarını, şifrələrini ələ keçirmək və ya texniki vasitələrə virus yükləmək məqsədi güdən kiberdələduzluqdur. Platforma bu cür hücumlarla heç bir əlaqəyə malik deyil və İstifadəçilərini belə təhlükələrdən qorumağa çalışır. Bu məqsədlə, Platforma Sizə aşağıdakı hallarda fişinq hücumlarına qarşı tam zəmanət verir:

Rəsmi yayılma və yüklənilən proqram təminatında hər hansı zərərli virusların olmaması üçün mümkün olan bütün tədbirləri görür;

Elektron poçt ünvanınıza fişinq məqsədli məktublar göndərmir;

İstifadəçi tərəfindən təqdim edilən elektron poçt ünvanları, fişinq hücumları həyata keçirmək üçün heç bir üçüncü tərəfə ötürülmür.

Fişinq hücumlarından qorunmaq üçün Platforma aşağıdakıları tövsiyə edir:

Şübhəli mənbələrdən elektron poçtları açmayın: Platforma adı ilə oxşarlıq təşkil edən, şübhəli domen adları və elektron poçt ünvanlarından gələn mesajları açmaqdan çəkinin.

Şübhəli linklərdən çəkinin: Elektron Pulqabına qeydiyyat, şifrəni yenidən daxil etmə və ya dəyişdirmə kimi tələblər irəli sürən, eləcə də bank kartı əməliyyatlarına yönəldən şübhəli elektron məktublardan ehtiyatlı olun.

Mühafizə xidmətlərinə məlumat verin: Fişinq hücumlarına məruz qaldığınızı və ya belə bir hücumdan şübhələndiyinizi gördükdə, dərhal Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verin.

Xüsusi olaraq qeyd etmək istərdik ki, fişinq hücumları adətən ümumi ifadələrlə başlayır, məsələn: “hər kəsə salam” kimi. Eyni zamanda, təhlükəsizliyiniz üçün heç bir halda elektron poçt və ya Elektron Pulqabınızın şifrələrini üçüncü şəxslərlə paylaşmamalısınız.

TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

Bu Məxfilik Siyasətində İstifadəçinin təqdim etdiyi məlumatların bu Məxfilik Siyasətində göstərilən məqsədlərdən kənar və qeyri-qanuni istifadəsi nəticəsində İstifadəçiyə dəyən real zərərə görə Platforma Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

Məxfi məlumatın qanunsuz yayılması zamanı Platforma aşağıdakı hallarda məsuliyyət daşımır:

Onun itirilməsi və ya qanunsuz yayılmasından əvvəl ictimaiyyətə bəlli olub;

Üçüncü şəxs məlumatı Platformadan əvvəl əldə edib;

İstifadəçinin razılığı ilə yayılıb; və

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə dairəsi müəyyən edilən səlahiyyətli şəxslərin rəsmi sorğusu əsasında tələb olunub.

İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır və Platformanı bununla bağlı yarana biləcək istənilən məsuliyyətdən qoruyur.

Məxfilik Siyasəti yalnız Platformaya aiddir. Platforma İstifadəçinin Platformada mövcud olan keçidlərdən istifadə edərək daxil olacağı üçüncü şəxslərin veb-saytlarına nəzarət etmir və həmin veb-saytlara görə məsuliyyət daşımır.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Bu Məxfilik Siyasətinə İstifadəçi ilə Platforma arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.

İstifadəçi və Platforma arasında yaranan mübahisələrə dair məhkəməyə müraciət etməzdən əvvəl Tərəflər mübahisənin qarşılıqlı danışıq əsasında həll etməyə çalışacaqdır.

Tərəflər arasında razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, müvafiq məhkəmədə həll ediləcəkdir.

ƏLAVƏ ŞƏRTLƏR

Platforma İstifadəçinin icazəsi olmadan bu Məxfilik Siyasətində dəyişikliklər edə bilər. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Platformadan istifadəni dayandıra bilər. Əgər İstifadəçi Platformadan istifadə etməyə davam edirsə, o bütün dəyişikliklərlə razılaşır və Məxfilik Siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.

Ayrı qayda nəzərdə tutulmadığı halda, yeni Məxfilik Siyasəti Platformada dərc olunduqdan sonra qüvvəyə minir.

Bu Məxfilik Siyasəti ilə bağlı istənilən sual və təkliflər Platformanın əlaqə vasitələri ilə göndərilə bilər.

Qüvvədə olan Məxfilik Siyasəti Platformada dərc olunmuşdur.

Hər hansı bir sualınız var?
Bir sorğu göndərin, sizinlə əlaqə saxlayaq

Tercih olunan əlaqə üsulu:
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.