Kuki Siyasəti

Bu kuki siyasəti (bundan sonra “Kuki Siyasəti”) elektron pulqabı “azwallet.az” veb saytından (bundan sonra “Platforma”) və mobil tətbiqlərində istifadə edilən kukilərin)necə toplandığını, istifadə edildiyini və saxlanıldığını izah edir. Məqsədimiz sizə daha yaxşı istifadə təcrübəsi təqdim etmək, saytımızın və xidmətlərimizin funksionallığını artırmaq və şəxsi məlumatlarınızın məxfiliyini təmin etməkdir. Bu səhifə sizə bu texnologiyalar və onların bizim saytlarımızda, xidmətlərimizdə və tətbiqlərimizdə necə istifadə edildiyi haqqında daha çox məlumat vermək üçün hazırlanmışdır.

Kukilər və bənzər texnologiyalar müxtəlif funksiyaları yerinə yetirir. Onlar bizim xidmətlərimizin fəaliyyət göstərməsi üçün zəruridir, xidmətlərimizin işini yaxşılaşdırmağa kömək edir, sizə əlavə funksiyalar təqdim edir və sizin üçün uyğun və hədəfli reklamların göstərilməsini təmin edir. Biz həmçinin yalnız brauzerinizi aktiv saxladığınız müddətdə cihazınızda qalan (sessiya) kukilərdən və cihazınızda daha uzun müddət qalan (daimi) kukilərdən istifadə edirik. Cihazınızın imkanlarından asılı olaraq, bu kukiləri bloklamaq, silmək və ya deaktiv etmək mümkündür. Kukilərə və üstünlüklərinizə brauzer və ya cihaz parametrləri vasitəsilə nəzarət edə bilərsiniz.

Platfotmaya giriş etməklə bu Kuki Siyasəti ilə tam həcmdə tanış olduğunuzu təsdiq edirsiniz.

ƏSAS ANLAYIŞLAR:

Bu Məxfilik Siyasətində aşağıdakı anlayışlardan istifadə olunur:

İstifadəçi – Platforma vasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən fiziki şəxs;

Elektron Pulqabı – İstifadəçinin hesabında vəsaitlərin toplanması üçün nəzərdə tutulan, İstifadəçi tərəfindən Platformanın İstifadə Qaydalarında nəzərdə tutulan qaydada İstifadəçinin hesabına köçürülən vəsaitləri İstifadəçinin hesabında saxlayan virtual hesab;

Kukilər – İstifadəçilərin brauzerlərinə saxladığı kiçik mətn fayllarıdır. Kukilər Platformanın işləməsi, İstifadəçi təcrübəsinin yaxşılaşdırılması və müəyyən məlumatların toplanması məqsədilə istifadə olunur;

Zəruri Kukilər – Platformanın düzgün işləməsi üçün tələb olunan Kukilər. Bu Kukilər İstifadəçinin razılığı tələb edilmədən yerləşdirilir və əsas funksiyalar üçün vacibdir;

Funksional Kukilər – Platformanın funksionallığını artırmaq üçün istifadə olunan Kukilər. Onlar İstifadəçi seçimlərini və fərdi parametrləri yadda saxlayaraq daha yaxşı İstifadəçi təcrübəsi təmin edir;

Üçüncü tərəf Kukiləri – Başqa təşkilatlar tərəfindən təqdim olunan xidmətlər vasitəsilə toplanan kukilərdir. Məsələn, analitik xidmətlər və ya reklam şəbəkələri üçün istifadə edilə bilər.

KUKİLƏRİN İSTİFADƏ QAYDASI

Kukilər Platformanın və ya mobil tətbiqin sizin cihazınıza yüklədiyi kiçik məlumat faylıdır. Bu fayllar vasitəsilə Platforma sizi tanıya bilir, yadda saxlanılan məlumatlar əsasında daha uyğun xidmətlər və məzmun təklif edir.

Kukilər vasitəsilə Platformanın funksionallığını artıraraq, hər bir İstifadəçinin fərdi ehtiyaclarına uyğun xidmət təklif edirik.

Kukilər bizə saytdan necə istifadə etdiyiniz barədə statistik məlumatlar təqdim edir. Bu məlumatlar əsasında saytımızın funksionallığını təkmilləşdiririk və İstifadəçilərin qarşılaşdığı çətinlikləri həll edirik.

Kukilər vasitəsilə reklam kampaniyalarımızın necə işlədiyini öyrənirik və sizə daha uyğun təkliflər təqdim edirik.

KUKİ NÖVLƏRİ

Analitik kukilər - bu Kukilər bizə və üçüncü tərəf xidmət təminatçılarına İstifadəçilərin Platformadan necə yararlandığı barədə dərin məlumat toplamaq imkanı verir. Bu Kukilər şəxsi məlumat ehtiva etmir, onlar vasitəsilə biz Platformada İstifadəçi davranışını izləyə və təhlil edə bilirik. Məqsədimiz istifadəçi təcrübənizi təkmilləşdirmək və Platformanın ümumi funksionallığını artırmaqdır.

Zəruri kukilər - bu Kukilər Platformanın düzgün işləməsi üçün mütləqdir və sistemimizdən deaktiv edilə bilməz. Onlar adətən yalnız məxfilik seçimləriniz kimi xidmətlərə uyğun hərəkətlərə cavab olaraq aktivləşdirilir. Brauzer parametrləri vasitəsilə bu Kukiləri bloklamaq və ya rədd etmək mümkündür, lakin bu, Platformanın düzgün işləməsinə maneə törədə bilər və bəzi xidmətlər əlçatmaz ola bilər.

Marketinq kukiləri - bu Kukilər Platformada maraqlarınıza və ya fəaliyyətinizə əsaslanan reklamların göstərilməsi məqsədilə reklamçılar və reklam serverləri tərəfindən cihazınıza yerləşdirilir. Onlar, həmçinin, digər veb saytlar üzrə ziyarətlərinizi izləməklə, sizə uyğun reklamlar təqdim etmək və reklam kampaniyalarının effektivliyini ölçmək üçün istifadə olunur. Bu Kukilər şəxsi məlumat toplamır və sadəcə sizə uyğun reklamların çatdırılmasını təmin edir.

Funksional kukilər - bu Kukilər Platformanın funksionallığını artırmaq üçün istifadə olunur və seçimlərinizi yadda saxlamaqla gələcək ziyarətlər üçün daha yaxşı təcrübə təmin edir. Məsələn, dil seçiminiz kimi fərdi parametrlərin xatırlanması bu Kukilərlə həyata keçirilir, beləliklə, Platformanı növbəti dəfə ziyarət etdiyiniz zaman həmin parametrlərə uyğunlaşır.

KUKİLƏRİN İDARƏ EDİLMƏSİ

Hər bir brauzer Kukilərin idarə olunması üçün müxtəlif parametrlər təklif edir. Brauzerinizin “Ayarlar” və ya “Təhlükəsizlik” bölmələrindən Kukiləri aktivləşdirə, bloklaya və ya silə bilərsiniz. Bununla belə, qeyd etmək vacibdir ki, zəruri Kukiləri deaktiv etmək bəzi funksiyaların düzgün işləməməsinə və Platformanın funksionallığının zəifləməsinə səbəb ola bilər.

Siz brauzerinizdə bütün Kukiləri və ya müəyyən növ Kukiləri bloklamaq imkanına maliksiniz. Bloklama, xüsusilə Zəruri və Funksional Kukilər üçün Platformanın düzgün fəaliyyət göstərməsinə mane ola bilər. Bu halda, bəzi xidmətlər əlçatmaz ola bilər və ya müəyyən funksiyalar məhdudlaşa bilər.

Brauzerinizin parametrlərindən istifadə edərək cihazınızda saxlanılan Kukiləri istənilən vaxt silə bilərsiniz. Silinmiş Kukilər gələcəkdə Platformaya daxil olduğunuz zaman yenidən yaradılacaq, lakin əvvəllər saxlanmış seçimlər və şəxsi parametrlər itəcəkdir.

Platformada üçüncü tərəflərin Kukiləri də istifadə edilə bilər. Məsələn, analitik və reklam xidmətləri göstərən şirkətlər öz Kukilərini cihazınıza yükləyə bilərlər. Bu Kukilərin idarə edilməsi üçün həmin üçüncü tərəflərin Kuki siyasətləri ilə tanış olmağınız məsləhətdir.

Hər bir brauzer və cihaz Kukilərin idarə olunması üçün fərqli üsullar təklif edir. Siz brauzerinizdə və cihazınızda təhlükəsizlik və məxfilik parametrlərini dəyişərək Kukilərin istifadəsinə nəzarət edə bilərsiniz. Əlavə olaraq, bir çox brauzer “İncognito” və ya "Gizli rejim" funksiyaları ilə Kukilərin saxlanılmasının qarşısını alır.

Bəzi brauzer və xidmətlər Kukilərdən imtina etmək üçün xüsusi alətlər təklif edir. Bu alətlər vasitəsilə müəyyən növ Kukilərdən imtina edə və ya onların istifadəsini məhdudlaşdıra bilərsiniz.

Kukilərin idarə edilməsi istifadəçi təcrübəsini fərdiləşdirmək və Platformanın funksionallığını təmin etmək üçün vacibdir. Kukiləri düzgün idarə etməklə şəxsi məlumatlarınızı daha yaxşı qorumaq və onlara nəzarət etmək imkanınız olur.

MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ VƏ MƏXFİLİYİ

Bizim əsas məqsədimiz şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmək və məxfiliyinizi qorumaqdır. Bu səbəbdən, Kukilər vasitəsilə toplanan məlumatların ən müasir təhlükəsizlik standartlarına uyğun olaraq qorunur və yalnız qanunvericiliyə və Platformamızın siyasətinə uyğun şəkildə istifadə edilir və paylaşılır.

Kukilər vasitəsilə topladığımız məlumatlar müasir şifrələmə texnologiyaları ilə qorunur. Biz məlumatlarınızı internet üzərindən təhlükəsiz şəkildə ötürmək və icazəsiz şəxslərin ona girişini məhdudlaşdırmaq üçün yüksək səviyyəli şifrələmə metodlarından istifadə edirik. Bununla yanaşı, məlumatların saxlandığı serverlər müasir təhlükəsizlik mexanizmləri ilə qorunur və mütəmadi olaraq yoxlanılır.

Toplanan məlumatlar yalnız icazəli şəxslərlə və üçüncü tərəflərlə paylaşılır, və bu paylaşma qanunvericiliyə və məxfilik siyasətimizə tam uyğun şəkildə həyata keçirilir. Məlumatların paylaşılması zamanı tərəfdaşlarımızdan da eyni təhlükəsizlik tədbirlərinə riayət etmələri tələb olunur. Bununla, məlumatlarınızın icazəsiz istifadəsinin və yayılmasının qarşısı alınır.

Bizimlə əməkdaşlıq edən üçüncü tərəflər (reklam və analitika təminatçıları, texniki xidmət göstərənlər və s.) şəxsi məlumatlarınızın məxfilik hüquqlarını qorumaq üçün müqavilə əsasında əməkdaşlıq edir. Bu tərəflərlə məlumatlar yalnız onların məxfilik siyasətləri və bizim təhlükəsizlik tələblərimizə uyğun şəkildə paylaşılır. Paylaşılan məlumatlar şəxsi identifikasiya üçün istifadə edilmir və yalnız xidmətlərimizin təkmilləşdirilməsi və fərdiləşdirilməsi məqsədilə istifadə edilir.

Kukilər vasitəsilə toplanan məlumatlar yalnız tələb olunan müddət ərzində saxlanılır və bu müddət keçdikdən sonra onlar ya tamamilə silinir, ya da anonimləşdirilir. Məlumatların saxlanma müddəti onların məqsədindən asılıdır. Məsələn, analitik məqsədli Kukilər üçün məlumatlar müəyyən müddət ərzində saxlanıla bilər, lakin Zəruri Kukilər saytın fəaliyyəti üçün daimi ola bilər.

Şəxsi məlumatlar yalnız tələb olunan müddət ərzində saxlanılır və daha sonra təhlükəsiz şəkildə məhv edilir. Məlumatlar anonimləşdirildikdən sonra, onlar daha heç bir şəxs üçün identifikasiyaedici xüsusiyyət daşımır və yalnız statistik təhlillər üçün istifadə oluna bilər. Bu proses məxfilik hüquqlarınızın qorunmasını təmin edir.

Məlumatların qorunması və məxfiliyi ilə bağlı siyasətimiz yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Biz məlumatların qorunması ilə bağlı olan qanun və qaydalara, o cümlədən “GDPR” (General Data Protection Regulation) və digər məxfilik standartlarına riayət edirik. Hər hansı qanuni tələb olduqda, biz yalnız müvafiq icazə ilə məlumatları paylaşırıq.

Siz, İstifadəçi olaraq, toplanan məlumatlara nəzarət etmək hüququnuz var. Brauzer və cihaz parametrləri vasitəsilə Kukilərin idarə edilməsi və məlumatların toplanması prosesini fərdiləşdirə bilərsiniz. Məlumatlarınızın toplanmasını məhdudlaşdıra, bloklaya və ya tamamilə dayandıra bilərsiniz. Bundan əlavə, şəxsi məlumatlarınızla bağlı istənilən vaxt bizə sorğu göndərərək məlumatların silinməsini və ya yenilənməsini tələb edə bilərsiniz.

Biz mütəmadi olaraq təhlükəsizlik sistemlərimizi yeniləyir və məlumatların qorunmasını təmin etmək üçün qabaqcıl texnologiyalardan istifadə edirik. Sistemlərimizə qarşı potensial kiberhücumların qarşısını almaq üçün xüsusi mütəxəssislər tərəfindən müntəzəm yoxlamalar aparılır və profilaktik tədbirlər həyata keçirilir.

Bu Kuki Siyasəti çərçivəsində məlumatlarınızın təhlükəsizliyi və məxfiliyi təmin olunur, və biz hər hansı dəyişiklikləri istifadəçilərimizə öncədən bildiririk.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Bu Kuki Siyasətinə İstifadəçi ilə Platforma arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.

İstifadəçi və Platforma arasında yaranan mübahisələrə dair məhkəməyə müraciət etməzdən əvvəl Tərəflər mübahisənin qarşılıqlı danışıq əsasında həll etməyə çalışacaqdır.

Tərəflər arasında razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, müvafiq məhkəmədə həll ediləcəkdir.

ƏLAVƏ ŞƏRTLƏR

Platforma İstifadəçinin icazəsi olmadan bu Kuki Siyasətində dəyişikliklər edə bilər. Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Platformadan istifadəni dayandıra bilər. Əgər İstifadəçi Platformadan istifadə etməyə davam edirsə, o bütün dəyişikliklərlə razılaşır və Kuki Siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.

Ayrı qayda nəzərdə tutulmadığı halda, yeni Kuki Siyasəti Platformada dərc olunduqdan sonra qüvvəyə minir.

Bu Kuki Siyasəti ilə bağlı istənilən sual və təkliflər Platformanın əlaqə vasitələri ilə göndərilə bilər.

Qüvvədə olan Kuki Siyasəti Platformada dərc olunmuşdur.

Hər hansı bir sualınız var?
Bir sorğu göndərin, sizinlə əlaqə saxlayaq

Tercih olunan əlaqə üsulu:
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.